Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Şamaxı”nın rəhbəri Avropa Klublar İttifaqı İdarə Heyətində
Bu gün Avropa Klublar İttifqanın (Union of European Clubs, UEC) onlayn formatda illik ümumi yığıncağı keçirilib.
Sportfm.az xəbər verir ki, bir sıra məsələlər müzakirə edildikdən sonra UEC ilk İdarə heyətini seçib.
İdarə heyətində UEC-ə üzv olan ilk Azərbaycan klubu “Şamaxı”nın idarə heyətinin sədri Elçin Usub da yer alıb.
İdarə heyətində “Şamaxı” ilə yanaşı “Osasuna” (İspaniya), “Börnli” (İngiltərə), “Makkabi” (Netanya, İsrail) kimi klubların rəsmiləri də yer alıb.
Avropa futbolunda kiçik və orta peşəkar futbol klublarının maraqlarının təmsilçisi olan UEC-in əsas məqsədlərindən biri mövcud resursların, xüsusilə, maliyyə resurslarının daha ədalətli bölünməsini təmin etməkdir.
Qurum hazırda UEFA-nın 25 üzv assosiasiyasının 141 klubunu birləşdirir. Üzvlər arasında “La Liga” və Böyük Britaniyanın bir çox klublarını birləşdirən “Fair Game” təşkilatı da yer alır.
İdarə Heyətinə seçilən Elçin Usub bu təyinatla bağlı öz fikirlərini də bildirib:
“Avropa Klublar İttifaqının əsas məqsədləri və ideyaları Azərbaycan üçün də aktualdır və burada görüləsi işlər çoxdur. UEC-in İdarə heyətinin üzvü kimi ölkəmizdə də bu məqsədlər uğrunda sözümüzü daha da inamlı demək üçün bundan sonra da fəaliyyətimi davam etdirəcəm. Fürsətdən istifadə edib vaxtilə mənə etimad göstərib, Azərbaycan futbolunu bu təşkilatın ilk tədbirlərinin birində təmsil etməyə səlahiyyətləndirən bütün 1-ci liqa klublarına və PFL-ə təşəkkür edirəm”.

Oxşar xəbərlər
"Şamaxı" baş məşqçisiz qaldı
Badminton Federasiyasının ümumi yığıncağı keçirildi
"Şamaxı"da yeni baş məşqçi - Ramiz Məmmədov
"Şamaxı"da yeni rəhbər - RƏSMİ
Media Komitəsinin İdarə Heyətinə seçki keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı

Misli Premyer Liqası