reklam
“Bahar Kuboku 2024” başa çatdı
Sportfm.az xəbər saytı

“Bahar Kuboku 2024” başa çatdı


Binə qəsəbə stadionunda 12 yaşlı futbolçular arasında təşkil edilən “Bahar Kuboku 2024” başa çatıb.
Sportfm.az xəbər verir ki, Binə qəsəbə bələdiyyəsinin və AFFA-nın təşkilatçılğı ilə keçirilən turnirdə 8 komanda iki qrupda mübarizə aparıb. Qruplarda ilk iki yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanıb. Bu etapda “Binə” FK “Fənər Bakı” FK-nı, EFA isə “Şirvansaray”ı məğlub edərək adını finala yazdırıb.
Üçüncülük uğrunda matçda “Fənər Bakı” FK ilə “Şirvansaray” üz-üzə gəlib. Əsas vaxt 1-1 hesabıyla bitib. Penaltiləri daha dəqiq yerinə yetirən “Şirvasaray” rəqibini məğlub edərək, bürünc medalları qazanıb.
Finalda EFA və “Binə”li futbolçular hərəyə bir dəfə fərqlənib. Penaltiləri daha sərrast alınan “Binə” FK sonda qızıl medalları qazanan tərəf olub. Medal qazanan bütün iştirakçılara diplom və medallar verilib.
Turnirin 8 topla bombardiri olan Süleyman Ağayev(EFA), ən yaxşı oyunçusu Tofiq Abdullayev(Binə FK), ən yaxşı qapıçısı Fərhad Həsənli(Binə FK), ən yaxşı müdafiəçisi Toğrul Məmmədova xüsusi hədiyyələr təqdim edilib.

Oxşar xəbərlər

Binə qəsəbə stadionunda bərabərlik
"Dalğa Arena"da qalib "Binə" oldu - FOTO
"Binə" evdə ilk qələbəsini qazandı, Kvirtiya rəqibi cəzalandırdı
Renat Aşurovun dublu "Binə"yə 3 xal qazandırdı
"Bahar Kuboku-2017" başa çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər