reklam
Hemiltonu əvəzləyə biləcək namizədlər
Sportfm.az xəbər saytı

Hemiltonu əvəzləyə biləcək namizədlər


"Formula 1" üzrə dünya çempionatında iştirak edən "Mercedes" komandasının pilotu Lüis Hemiltonu 2025-ci ildə əvəzləyə biləcək sürücülər müəyyənləşib.
Sportfm.az xəbər verir ki, namizədlər "Red Bull"da çıxış edən Maks Ferstappen, "Aston Martin"dən Fernando Alonso, "Ferrari"dən Karlos Sayns, həmçinin "Formula 2"də çıxış edən italiyalı gənc Andrea Kimi Antonellidir.

Almaniya təmsilçisinin rəhbəri Toto Volf qərarın yaxın həftələrdə və ya aylarda verilməyəcəyini bildirib: "Mən bazarda vəziyyəti izləmək istəyirəm. Maks Ferstappen? Bəli, mən onu nəzərə alıram. Onun performansının səviyyəsini görürsünüz. Ancaq digər pilotları da kənara atmaq istəməzdim".

Qeyd edək ki, Lüis Hemilton növbəti mövsüm "Ferrari"yə keçəcək.

Oxşar xəbərlər

Avstraliya Qran-prisinin qalibi bəlli oldu - Formula 1
Azərbaycan Qran-prisinin qalibi məlum oldu - Formula 1
Səudiyyə Ərəbistanı qran-prisinin qalibi - Maks Ferstappen
Ferstappen ilk dəfə dünya çempionu oldu - Formula 1
Fettel Belçika Qran-prisinin qalibi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər