reklam
Millimizin üzvü Azərbaycana geri dönür?
Sportfm.az xəbər saytı

Millimizin üzvü Azərbaycana geri dönür?


Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı İsveçlə görüşdən sonra "Qarabağ"a qayıdacağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Sportfm.az xəbər verir ki, gənc hücumçu Ağdam klubuna qayıtmağı planlaşdırmadığını deyib:

"Belə bir məlumatım yoxdur. Hələ ki “Yurqorden”dəyəm və “Qarabağ”a qayıdacağım barədə heç bir qərar verilməyib. Bu haqda danışığımız olmayıb. Mən “Yurqorden”in futbolçusuyam və bu klubun uğurları üçün çalışıram. “Qarabağ”a qayıtmaq barədə hər hansı bir söhbət olmayıb. Mən İsveçə gedəndə bilirdim ki, bu, nağıl deyil, birdən-birə hansısa partlayış olmayacaq. Futbolda belə çətinliklər olur. Hazır idim bu çətinliklərə. Təbii ki, oynamayanda nəinki mənim üçün, ümumiyyətlə hər bir futbolçu üçün psixoloji cəhətdən asan olmur. Fasilə müddətində komandaya yeni futbolçular cəlb olundu. Ola bilər ki, baş məşqçi hazırda yeni transferlərə daha çox şans verir. Mənim işim məşqlərimi edib öz şansımı gözləməkdir”.

Qeyd edək ki, Musanın “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Oxşar xəbərlər

Musa Qurbanlı “Qarabağ”da - RƏSMİ
Musa Qurbanlı üçün seçim anı
"Millidə çıxış etmək hər azərbaycanlı üçün şərəfdir" - Musa Qurbanlı
Musa Qurbanlı üçün debüt şansı - İsveç çempionatı
Musanın komandasından qələbə - İsveç çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər