Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Millidə çıxış etmək hər azərbaycanlı üçün şərəfdir" -Musa Qurbanlı
"Düşünürəm ki, qələbəyə layiq idik.
Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı "FIFA series - Edition 2024" layihəsində Bolqarıstan ilə heç-heçə (1:1) etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
21 yaşlı hücumçu yığmanın hər iki matçında məqsədlərinin qalib gəlmək olduğunu söyləyib: "Uzun müddətdən sonra Vətənə qayıtmaq, yığmadakı komanda yoldaşlarımızla çiyin-çiyinə oynamaq xoşdur. Onları uzun müddət görmürdüm. Millidə çıxış etmək hər azərbaycanlı üçün şərəfdir".
İsveçin “Yurqorden” klubunun şərəfini qoruyan forvard yayda "Qarabağ"a qayıtmaq ehtimalına münasibət bildirib: "Hələlik mənim bundan xəbərim yoxdur. Klubumdayam, bu barədə qərar verilməyib, danışığımız olmayıb. Komandamın uğurları üçün çalışacağam".
Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər
Musa Qurbanlı “Qarabağ”da - RƏSMİ
Musa Qurbanlı növbəti qolunu vurdu
Musa Qurbanlı üçün seçim anı
Millimizin üzvü Azərbaycana geri dönür?
Musa Qurbanlı milliyə dəvət aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası