reklam
“Əl-Hilal” dünya rekorduna imza atdı
Sportfm.az xəbər saytı

“Əl-Hilal” dünya rekorduna imza atdı


Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ardıcıl 28-ci matçda qalib gələrək, ən uzun qələbə seriyasına görə yeni dünya rekorduna imza atıb.

Sportfm.az xəbər verir ki, Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında "Əl-Hilal" Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna 2:0 hesabı ilə qalib gəlib.

Qaliblərin qollarından birini ikinci hissənin əsas vaxtının 5-ci dəqiqəsində “Zenit”in keçmiş futbolçusu Malkom vurub. İlk görüş də 2:0 hesabı ilə “Əl-Hilal”ın xeyrinə başa çatıb.

“Əl-Hilal” 2016/17 mövsümündə ardıcıl 27 rəsmi oyunda qalib gələn Uelsdən olan “Nyu Seynts”in nailiyyətini geridə qoyub.

“Əl-Hilal” Asiya Çempionlar Liqasının yarımfinalında BƏƏ-nin “Əl-Ayn” klubu ilə qarşılaşacaq.

Oxşar xəbərlər

''Əl-Hilal'' Super Kuboku qazandı - FOTO
1/8 finalın püşkü atıldı - Asiya Çempionlar Liqası
Neymar ilk qolunu vurdu - Asiya Çempionlar Liqası
Çempionlar Liqasının qalibi məlum oldu - Asiyada
Ərəb klubu Çempionlar Liqasının qalibi oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər