reklam
Neymar ilk qolunu vurdu -
Sportfm.az xəbər saytı

Neymar ilk qolunu vurdu -Asiya Çempionlar Liqası


"Əl-Hilal"ın futbolçusu Neymar yeni klubunda ilk qolunu vurub.
Sportfm.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasının qrup mərhələsində İranın “Nassaji Mazandaran” klubuna qarşı matçda komandasının 2-ci qolunun müəllifi olub. Braziliyalı hücumçu bundan əvvəlki 4 görüşdə fərqlənə bilməmişdi. Matç isə Səudiyyə Ərəbistanı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Nassaji Mazandaran” - "Əl-Hilal" - 0:3
Qollar: Mitroviç, 18, Neymar, 58, Əl-Şehri, 90+3

“Əl-Hilal” D qrupunda liderliyi Özbəkistanın “Navbahor”u ilə bölüşür. Keçirilən iki oyundan sonra hər iki komandanın dörd xalı var. "Nassaji Mazandaran" üç xalla üçüncü yerdədir.

Oxşar xəbərlər

Neymar Braziliya klubuna qayıdır
“Əl-Hilal” dünya rekorduna imza atdı
Neymar əməliyyat olundu
Neymar ata oldu - FOTO
Neymar Braziliyaya gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər