reklam
''Əl-Hilal'' Super Kuboku qazandı -
Sportfm.az xəbər saytı

''Əl-Hilal'' Super Kuboku qazandı -FOTO


''Əl-Hilal'' qələbələri sıralamada davam edir. Dünən Səudiyyə Ərəbistanı superkubokunun həlledici oyunu baş tutdu.

Sportfm.az xəbər verir ki, finalda ''Əl-Hilal'' Kərim Benzemanın şərəfini qoruduğu ''Əl-İttihad''la qarşılaşdı. Jorje Jezuşun çalışdırdığı ''Əl-Hilal'' 4:1 hesablı inamlı qələbə qazanaraq tarixində 4-cü dəfə ölkə superkubokuna sahib çıxdı. Ər-Riyad təmsilçisi həm də dünya rekordunu növbəti dəfə yenilədi. Çünki komandanın rəsmi matçlarda qələbə seriyası 34 oyuna çatdı!

Qeyd edək ki, superkubokun yarımfinalında ''Əl-Hilal'' Kriştiano Ronaldolu ''Əl-Nəsr''i 2:1 hesabı ilə məğlub etmişdi. Həmin qarşılaşmada Ronaldo qırmızı vərəqə almışdı. ''Əl-Hilal''ın mövsümü 4 titulla bitirmək şansı var. Komanda həm ölkə kubokunda, həm də Asiya Çempionlar Liqasında yarımfinala yüksəlib. Ölkə çempionatında isə Jezuşun kollektivi sona 7 tur qalmış ''Əl-Nəsr''i 12 xal qabaqlayır.

Oxşar xəbərlər

Ronaldo qırmızı vərəqə aldı, hakimi alqışladı - VİDEO
Ronaldo komandasına qələbə qazandırdı
“Əl-Hilal” dünya rekorduna imza atdı
1/8 finalın püşkü atıldı - Asiya Çempionlar Liqası
Çempionlar Liqasının qalibi məlum oldu - Asiyada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər