reklam
Şahmatçılarımızın beynəlxalq turnirdə mövqeləri müəyyənləşdi
Sportfm.az xəbər saytı

Şahmatçılarımızın beynəlxalq turnirdə mövqeləri müəyyənləşdi


Azərbaycan şahmatçılarının Rusiyanın paytaxtı Moskvada keçirilən “Aeroflot Open 2024” beynəlxalq turnirində mövqeləri müəyyənləşib.
Sportfm.az xəbər verir ki, festivala qatılan 6 şahmatçımız arasında ən yaxşı nəticəyə Aydın Süleymanlı imza atıb.

O, 9 turun yekununda 142 nəfər arasında 6 xalla 17-ci yeri tutub. Digər təmsilçilərimizdən Şiroğlan Talıbov 4,5 xalla 60-cı, Elmar Atakişiyev 4 xalla 102-ci, Vüqar Manafov 4 xalla 106-cı, Xaqan Əhməd 3,5 xalla 119-cu, Şahin Vəliyev isə 3 xalla 130-cu pillədə qərarlaşıb.

Turnirin qalibi 7,5 xal toplayan iranlı Məhəmməd Amin Tabatabai olub.

Qeyd edək ki, ənənəvi “Aeroflot Open” turniri 2002-ci ildən keçirilir.

Oxşar xəbərlər

Şahmatçımız Dubayda qalib gəldi
Bu dəfə medalsız qaldıq
Vasif Durarbəyli liderdir - Azərbaycan çempionatı
Rauf Məmmədov 6-cı oldu - Avropa çempionatı
“Aeroflot Open–2018” turnirində ölkəmizi beynəlxalq qrossmeyster təmsil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər