Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
“Neftçi”nin bazasına hücum edən azarkeşlər həbs olundu
Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol komandasının bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb.
Sportfm.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər – Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir müəyyən olunaraq saxlanılıblar.
Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib.
Dünən Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi” öz meydanənda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olub. Bu səbəbdən yerli azarkeşlər komandalarına etirazlarını bildiriblər.

Oxşar xəbərlər
"Qəbələ"nin futbolçuları Gəncədə döyüldü, işə polis qarışdı - ŞOK
“Neftçi” təzə təlim-məşq bazasına köçəcək
Azərbaycanın tanınmış idmançıları həbs edildi
“Mostbet”i reklam edən şəxslər saxlanıldı – FOTO
Ceyhun Sultanovu qarət edənlərə iş kəsiləcək - Məhkəmə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin