reklam
Azərbaycanın tanınmış idmançıları həbs edildi
Sportfm.az xəbər saytı

Azərbaycanın tanınmış idmançıları həbs edildi


Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Sportfm.az APA-ya istinadən xəbər verir ki, fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib.

Hazırda xuliqanlıq maddəsi üzrə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla, ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya tanınmış idmançıların saxlanılması faktını təsdiq ediblər.

Oxşar xəbərlər

Həbs edilən idmançıların şikayəti ilə bağlı qərar verildi
Millimizin üzvü polisə müqavimət göstərdi - Xuliqanlıq maddəsi ilə ittiham olundu
Bakıda futbol məşqçisi həbs edildi! - Uşaqlara qarşı seksual zorakılıq etdiyinə görə - ŞOK
Azərbaycan çempionunu öldürən şəxs həbs edildi
Azərbaycanda tanınmış idmançı həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər