Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Olimpiadaya görə 500 əsrlik ağaclar kəsiləcək
İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının keçirilməsi məqsədilə bobsley, skeleton və xizək idmanı üçün trasın tikintisinə mane olan 500 əsrlik qara şam ağaclarını kəsmək qərara gəlinib. Fanpage.it. italyan portalının məlumatına görə, layihəyə 120 milyon avrodan çox vəsaitin ayrılması planlaşdırılır. Ekoaktivistlər bu ağacların kəsilməsinin əleyhinədirlər və trasın salınması üçün alternativ variantlar təklif edirlər.
“Alternativ yol bir saatdan azacıq çoxdur: Avstriyanın İnsbruk şəhərində artıq işlək bobsley marşrutu var və Beynəlxalq Olimpiya Komitəsi bu yoldan istifadənin qadağan edilmədiyini açıqlayıb”, – deyə fəallar bildiriblər.
Sportfm.az xəbər verir ki, İtaliyanın ən böyük ekotəşkilatları layihənin heç bir ekoloji qiymətləndirmədən keçmədiyinə əmindirlər, çünki o, eyni zamanda ən gözəl Alp vadilərindən birini məhv olmaq təhlükəsi altında qoya bilər. İtaliyanın Alp klubunun hesablamalarına görə, sözügedən yolun inşa edilməsi üçün 25 min kvadratlıq ərazidəki çoxəsrlik qara şam ağacları kəsilməlidir.
Gələcəkdə isə bu marşrut nə ekoloji itkiləri, nə də tikinti xərclərini doğrultmayacaq. Çünki bu yoldan, yarış başa çatdıqdan sonra başqa bir layihə üçün istifadə edilməsi mümkün olmayacaq. Tras yalnız bobsled və skeleton üçün istifadə ediləcək, yəni İtaliyanın hər yerindən yalnız cəmi bir neçə onlarla idmançının yarışması üçün lazım olacaq.

Oxşar xəbərlər
İnfantino yeni təklif irəli sürdü
AVRO-2024-ün biletlərinin qiyməti açıqlandı
“O, pula görə səviyyəsi aşağı olan Azərbaycan çempionatını seçdi” - Klub prezidenti
Güləşçimiz haqqında ŞOK qərar: Olimpiya medalı əlindən alındı
“Daçiya”nın kapitanı: ”Bizim üçün uğurlu nəticə ancaq qələbə ola bilər”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası