reklam
Satıb qalib komanda quracaqlar
Sportfm.az xəbər saytı

Satıb qalib komanda quracaqlar


“Real Madrid”lə razılığa gəldiyi deyilən Kilian Mbappenin PSJ-dən gedişi klubun 200 milyon avroya qənaət etməsinə səbəb olacaq.
Sportfm.az xəbər verir ki, bu transfer büdcəsi isə PSJ-yə istənilən hücumçunu almaq şansı yaradacaq. “The Times”in məlumatına görə, PSJ Mbappenin gedişi ilə əldə edəcəyi maddi qənaətlə Çempionlar Liqasını qazana biləcək gənc komanda qurmaq istəyir. Qeyd olunub ki, Fransa təmsilçisinin müşaviri vəzifəsində çalışan Luis Kamposa bu istiqamətdə tapşırıq verilib. Mbappenin gedişindən sonra PSJ-nin ilk transfer hədəfinin hücumçu almaq olduğu bildirilir.
Klubun transfer siyahısında "Mançester Yunayted"dən Markus Raşford və "Napoli"dən Viktor Osimhen kimi futbolçuların olduğu iddia edilib.

Oxşar xəbərlər

Mbappenin son durumu məlum oldu
Mbappe onları qəzəbləndirdi, Haalandı seçdilər
İspaniya super klubu istəyinə çatır - İllik 35 milyon avro maaş
Mbappe Madridə köçür! - Anası ev axtarır
Mbappe üçün rekord qiymət - İspanlar futbolçunu "tələyə salıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər