Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Yerlərdə sürün(dürülən)ən "Neftçi" -Sonun əvvəli
"Neftçi" yenə uduzdu, bu dəfə debütant "Araz Naxçıvan"a.
Bu komanda düzəlmir, düzəlməyəcək də. Bilirsiz niyə, çünki klubu idarə edənlər "Neftçi"nin idarə etdiklərini dərk etmirlər, etməyəcəklər də. Ona görə ki, futboldan uzaq adamlardı. Bu boyda flaqmanı aparıb elə insanlara tapşıranda, sonu belə də olmalı idi.
Hazırda klubda sözü keçən şəxslərin bir məqsədi var - pul qazanmaq.
Onlar üçün "Neftçi"nin tarixi, uğurları, azarkeşi maraqlı deyil, əsas odur ki, burda olduqları dönəmdə pul qazansınlar, həm də çox. Adamlar bilirlər ki, qovulacaqlar, ona qədər isə nə etmək lazımdı, təbii ki, şansdan istifadə edib pul qazanmaq.
Ona görə də, hələ ki, bu komandadan uğur gözləməyə dəyməz, baş məşqçilik də heçnə yoxdu.
Oyunçular gələcək-gedəcək, pullar xərclənəcək, beş manatlıq futbolçuya 50 manat veriləcək, büdcə dağıdılacaq, lazımsız adamlar klubun ətrafına toplaşacaq, komanda isə günü-gündən zəifləyəcək, nüfuzunu itirəcək.
Və bütün bu olanların fonunda əsas rəqib hesab etdiyin "Qarabağ" günü-gündən güclənəcək, ona digərləri də qoşulacaq. Sən isə yerində sayacaqsan, hətta geriyə gedəcəksən.
Fanatların səndən küsəcək, tribunalar boş qalacaq. Stadiona gələnlərin sayı hər gün azalacaq.

Oxşar xəbərlər
“Araz-Naxçıvan”ı 2 səhvə görə cərimələdilər
Bostana bənzəyən "Neftçi Arena", çatışmayan stadionlar - PROBLEM
“Neftçi” – “Araz-Naxçıvan” oyununun biletləri satışda

"Neftçi"dən gülünc bəyanat - "Saldanyanı qovduq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin