Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bostana bənzəyən "Neftçi Arena", çatışmayan stadionlar -PROBLEM
Foto "Neftçi"nin "Turan"la matçında çəkilib.
Sovet dövründə Azərbaycanda yetərincə stadion vardı. Və təbii ki, onların hamısı təbii ot örtüklü idi, çünki o dövrdə süni qazon yox idi. Bakıda demək olar ki, hər rayonun ərazisində azı 4-5 stadion yerləşirdi. Təbii ki, Sovetlər imperiyası dağıldıqdan sonra baxımsızlıqdan stdadionlar da dağıldı. Onların yerləşdiyi ərazilər satıldı, yerlərində başqa obyektlər, yaşayış binaları tikildi. İndi isə bar-bar bağırırıq ki, stadion yoxdu. Olmayacaq da, hardan olsun?! Ən son "Bakı"nın bazası ağır taleni yaşadı, ölkənin ən yaxşı infrastrukturuna malik klubun yaratdıqları 2-3 ilin içində məhv edildi. Hansıki, onların hamısını qoruyub saxlamaq olardı. Nəysə, məsələ o deyil. Məsələ odur ki, Hazırda ölkəmizdə liqaların, komandaların sayı artıb, məhz buna görə, satdionlar çatışmır. Bir stadionda 5-6 komanda məşq edir, yüklənmə hədsizdi. Bu gedişlə olan stadionlar da bərbad günə qalacaq. Mən hələ "Neftçi"nin bütün günü reklam etdiyi "Neftçi Arena"sından danışmıram. Bu meydançada ancaq "Neftçi" oynasa da, stadionun ot örtüyü bostanı xatırladır. Bəli, bildiyimiz bostan. "Neftçi" rəhbərliyi transferlərə milyonlar xərcləyir, stadion isə pis vəziyyətdə. Nə demək olar, əhsən. Düşünmürlər ki, komandanının uğur qazanmasının bir parçası da elə yaxşı meydançanın olmasıdı.
Hazırda bölgələrimizdə də stadionlar baxımsızlıqdan dağılır. Şəmkir, Mingəçevir, Yevlax, İmişli, Şəki, Ağdaş, Ağsu və digər adlarını çəkə biləcəyim onlarla meydança bərbad gündədi. Məsul şəxslərin başları başqa işlərə qarışdığından stadionlar yaddan çıxıb. Komandalar var, pullar xərclənir, amma stadionları yada salan yoxdu. halbuki birinci elə stadiondan başlamaq lazımdı.

Oxşar xəbərlər
Yerlərdə sürün(dürülən)ən "Neftçi" - Sonun əvvəli
Azərbaycanda təbii örtüklü stadion istifadəyə verilir! - EKSKLÜZİV
“Neftçi”nin stadionunun adı dəyişdirildi
Stadionda yas mərasimi - futbolumuz belə öldürülür
Futbolçularımız necə zəhərlənir? - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası