reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" qələbə qazandı -Misli Premyer Liqası


Bu gün Misli Premyer Liqasında 21-ci tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb. Əvvəlcə 5-ci pillədəki "Səbail" evdə son çempion, hazırda turnir cədvəlinə liderlik edən "Qarabağ"la qarşılaşıb. 90+12 dəqiqə davam edən görüşdə 4 penalti təyin olunub, onlardan 3-ü qolla nəticələnib. Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Günün digər görüşündə 7-ci yerdəki "Sabah" 8-ci pillədəki "Turan Tovuz"u qəbul edəcək. Bu matç isə saat 17:30-da başlayacaq.

Turun digər oyunları 4 və 5 fevral tarixlərində keçiriləcək.

Misli Premyer Liqası, 21-ci tur

3 fevral

15:00. “Səbail” – “Qarabağ” - 1:2

Qollar: Toral Bayramov, 14-pen. (0:1), Yassin Benzia, 59-pen. (0:2), Pedro Nuno, 68-pen. (1:2)

Qırmızı vərəqə: Maksim Medvedev, 66 (2-ci sarı vərəqə,"Qarabağ")

Realllaşdırılmayan penalti: Toral Bayramov, 90+6 ("Qarabağ")
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev
“ASCO Arena”

Oxşar xəbərlər

"Qəbələ" "Turan Tovuz""a, "Neftçi" "Araz-Naxçıvan"a qarşı - Misli Premyer Liqası
"Sabah" "Turan Tovuz"la bərabərə qaldı - Misli Premyer Liqası
"Qarabağ" "Səbail"ə, "Turan Tovuz" "Sabah"a qarşı - Misli Premyer Liqası
"Qarabağ", "Neftçi" və "Turan Tovuz"dan qələbə - Misli Premyer Liqası
"Neftçi" "Kəpəz"ə, "Qarabağ" "Zirə"yə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər