reklam
Beynəlxalq Çövkən Federasiyasına rəhbər heyət seçildi
Sportfm.az xəbər saytı

Beynəlxalq Çövkən Federasiyasına rəhbər heyət seçildi


Binə Atçılıq mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar Baş Assambleyanın yekun iclası baş tutub.
Sportfm.az xəbər verir ki, 19 ölkədən 29 nümayəndənin iştirak etdiyi tədbirdə əvvəlcə qurumun əsasnaməsinin formatı təsdiqini tapıb.
I Baş Assambleyada Beynəlxalq Çövkən Federasiyasının Əsasnaməsi də təsdiqlənib.
Quruma Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev prezident seçilib. Polşanın nümayəndəsi Matsey Miçel Olbriç baş katib olub.
Sonra federasiyanın digər rəhbər vəzifələrinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Böyük Britaniyanı təmsil edən Anna Holl, türkiyəli Zübeyir Bekiroğlu və mərakeşli Mohammed Moddi federasiyanın vitse-prezidenti seçiliblər.

Qeyd edək ki, ötən gün Baş Assambleyanın iclasında keçirilmiş seçkilərdə Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti, polşalı Matsey Miçel Olbriç isə baş katib olub.

Oxşar xəbərlər

ARAF rəsmisi BÇF-ə prezident seçildi
Yığmamız dünya çempionatının qalibi oldu
5 il müddətinə yenidən prezident seçildi - FOTO
Rumıniyada federasiyaya azərbaycanlı vitse-prezident seçildi
"Qarabağ" üçüncülüklə kifayətləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər