Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rumıniyada federasiyaya azərbaycanlı vitse-prezident seçildi
Rumıniya Cüdo Federasiyasının İdarə Heyətinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, Rumıniya Milli Olimpiya və İdman Komitəsində keçirilən iclasda 150-dən çox nümayəndə iştirak edib.
Rumıniya Cüdo Federasiyası prezidentliyinə, vitse-prezidentliyinə və digər rəhbər vəzifələrə seçkilər keçirilib. Rumıniyanın tanınmış siyasətçisi və jurnalisti Cozmin Guşa federasiya prezidenti seçilib. Daha sonra federasiyanın vitse-prezidentləri vəzifəsinə seçkilər keçirilib. SOCAR-ın Rumıniyadakı "SOCAR Petroelum SA” şirkətinin baş direktoru Həmzə Kərimov da daxil olmaqla daha 4 nəfər vitse-prezident vəzifələrinə seçilib.
Qeyd edək ki, Rumıniya Cüdo Federasiyasının hazırkı prezidenti Daniel Florin Lascau 2015-ci ildə noyabrın 23-də bu vəzifəyə seçilib və bu il onun səlahiyyət müddəti başa çatır.
Oxşar xəbərlər
Karate Federasiyasına yeni prezident təyin olundu
Beynəlxalq Çövkən Federasiyasına rəhbər heyət seçildi
Ağırlıqqaldırma Federasiyasında yeni prezident
5 il müddətinə yenidən prezident seçildi - FOTO
Çingiz Hüseynzadə yenidən Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası