Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" üçüncülüklə kifayətləndi
Azərbaycan Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunun təqdimat mərasimini keçirib.
Sportfm.az xəbər verir ki, turnirdə "Polad", "Sərhədçi", "Köhlən", "Qarabağ" və "Dilbaz" komandaları mübarizə aparıblar.
Yarımfinalda "Polad" "Köhlən"i 5:1, "Sərhədçi" isə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Üçüncülük yarışında "Qarabağ" "Köhlən"i 2:0, finalda isə "Sərhədçi" "Polad"ı 1:0 hesabı ilə məğlub edib. Qalibləri Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev mükafatlandırıb. Birinci yerin sahibinə kubok və medal, ikinci və üçüncü yerin sahiblərinə isə medallar təqdim edilib. Eyni zamanda turnirin mükafat fondu - 50 min manat ilk 3 yerin sahibləri arasında bölüşdürülüb.
Qeyd edək ki, reqlamentə əsasən, ümumilikdə 24 region komandasının iştirak etdiyi yarışda 8 qalib müəyyənləşir. Həmin komandalar Bakıda keçirilən final mərhələsində iştirak hüququ qazanır. Hər il dekabrda keçirilməsi planlaşdırılan Prezident Kuboku yarışlarında əvvəlki aylarda 24 və ya 32 komandanın iştirak edəcəyi respublika çempionatlarının ilk 8 yerinə sahib olan rayonların çövkən komandalarının iştirakı nəzərdə tutulur.
Oxşar xəbərlər
Millimiz dünya çempionu oldu
Beynəlxalq Çövkən Federasiyasına rəhbər heyət seçildi
Yığmamız dünya çempionatının qalibi oldu
Çövkən Milli Atüstü Oyununun final mərhələsi keçirilir
"Qarabağ" meydana çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası