reklam
Ərəblər bu dəfə onun ovuna çıxdılar
Sportfm.az xəbər saytı

Ərəblər bu dəfə onun ovuna çıxdılar


Adı açıqlanmayan Səudiyyə klubu “Betis”in yarımmüdafiəçisi İskoya çoxmilyonluq təklif göndərib.

Sportfm.az xəbər verir ki, bu barədə As məlumat yayıb.

Mənbənin məlumatına görə, səudiyyəlilər ispan yarımmüdafiəçi ilə maraqlandıqları barədə artıq “Betis” rəhbərliyini xəbərdar ediblər. Qeyd olunur ki, İskonun müqaviləsində göstərilən təzminat məbləği 20 milyon avrodur.

“Betis” də öz növbəsində dekabrın sonunda müqaviləsini cəmi 3 il yarım uzatmış futbolçu ilə ayrılmaq istəmir.

31 yaşlı İsko bu mövsüm “Betis”in heyətində 27 oyun keçirib. O, 6 qol vurub, 5 məhsuldar ötürmə edib. “Betis” İspaniya çempionatının 2023/2024 mövsümünün 21-ci turundan sonra 31 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

19 ildir qarşılaşmadıqları rəqiblə oynayacaqlar
Millinin üzvü La Liqa klubunda
"Atletiko"dan qələbə, "Betis"dən bərabərlik - LA LİQA
Vəli Qasımovun oynadığı klub rekordunu təkrarladı
La Liqa klubunda baş məşqçi dəyişikliyi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər