reklam
Millinin üzvü La Liqa klubunda
Sportfm.az xəbər saytı

Millinin üzvü La Liqa klubunda


“Betis” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, La Liqa təmsilçisi ABŞ yığmasının və Braziliyanın “İnternasyonal” klubunun yarımmüdafiəçisi Conni Kardozonu heyətinə qatıb.

Onunla müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Transfer “Betis”ə 6 milyona avroya başa gəlib. Futbolçunun müqaviləsi 2024-cü ilin yanvar ayının 1-də qüvvəyə minəcək.

Kardozo “İnternasyonal”ın heyətində 144 oyun keçirib, 7 qol vurub, 5 məhsuldar ötürmə verib. O, ABŞ yığmasında da 9 oyun keçirib.

Oxşar xəbərlər

Xviçaya yeni müqavilə təklif edirlər
İngiltərə klubunda gürcü futbolçu
Yığmanın üzvü Liqa 1 klubunda
"Liverpul"dan rəsmi transfer
Avropa Liqasının qalibindən rəsmi transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər