reklam
Dünya Kubokunun qalibi şahmatçılarımızla işləyəcək
Sportfm.az xəbər saytı

Dünya Kubokunun qalibi şahmatçılarımızla işləyəcək


Şahmat üzrə Dünya Kubokunun qalibi Boris Qelfand Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəvəti əsasında Bakıya gəlib.
Sportfm.az xəbər verir ki, bu gün qurumun prezidenti Mahir Məmmədovla görüşən İsrail şahmatçısı ilə əldə olunan razılıq əsasında Qelfand təcrübəsini mütəmadi olaraq azərbaycanlı şahmatçılarla bölüşəcək.

Tanınmış qrossmeyster ölkəmizdə olduğu müddətdə Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Xəzər Babazadə, Abdulla Qədimbəyli, Vüqar Əsədli və digərləri ilə məşğul olacaq.

Qeyd edək ki, uzun illər İsrail millisində çıxış edən Boris Qelfand 2009-cu ildə Dünya Kubokunun, 2011-ci ildə isə İddiaçılar Turnirinin qalibi olub. O, 2012-ci ildə dünya çempionluğu uğrunda matçda iştirak edib.

Oxşar xəbərlər

Şahmatçılarımız dünya çempionatına qatılacaq
Şahmatçımız dünya çempionu oldu - UĞUR
Şahmatçısı dünya çempionu oldu - UĞUR
Dünya Kubokunun qalibi tay-brekdə bilinəcək
İlk gündə 8 qələbə - Dünya Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər