reklam
Tofiq Bəhramov stadionuna Türkiyədən tavan gətiriləcək -
Sportfm.az xəbər saytı

Tofiq Bəhramov stadionuna Türkiyədən tavan gətiriləcək -AÇIQLAMA


Tofiq Bəhramov adına Respublika stadionu üçün Türkiyədən tavan gətiriləcək.

Sportfm.az əbər verir ki, bu barədə açıqlamasında arenanın direktoru Tələt Məmmədov məlumat verib.

O bildirib ki, ötən ilin dekabrında uçan dam örtüyünün bərpası üçün ora çıxan fəhlənin yıxılması nəticəsində qoparaq içəri düşən sektorlardan birinin tavanının cırılan hissəsi kəsilərək düzəldilib: “Sadəcə, bir böyük yırtıq var. Oranın da bərpası üçün detal Türkiyədə istehsal olunacaq. Ölçüləri artıq verilib. İstehsal edilib bura gətirilənə qədər müəyyən qədər vaxt alacaq. Bu yöndə işlər gedir”.

T.Məmmədov mərkəzi stadionun 2024-cü ildə keçiriləcək futbol matçlarına hazır olduğunu bildirib. O, qarın yağmasının da heç bir mənfi təsirinin olmadığını sözlərinə əlavə edib: “Əksinə, qarın yağması bizə xeyir verdi. Stadion hərtərəfli hazırdır”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda qış fasiləsindən sonra ilk oyun yanvarın 23-nə təsadüf edəcək. Həmin gün “Qarabağ” Premyer Liqanın XIX turu çərçivəsində “Araz-Naxçıvan”ı qəbul edəcək.

Oxşar xəbərlər

"Qəbələ" "Sumqayıt"a, "Qarabağ" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR
Tofiq Bəhramov adına stadionda faciə - fəhlə tavandan yıxıldı
"Araz-Naxçıvan" - "Qarabağ" oyununun yeri dəyişdirildi
"Qarabağ"ın oyunlarının başlama saatı açıqlandı
"Kəpəz" Tofiq Bəhramovda meydana çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər