reklam
VIII turun son oyununun vaxtı müəyyənləşdi
Sportfm.az xəbər saytı

VIII turun son oyununun vaxtı müəyyənləşdi


Qadın voleybolçular arasında Azərbaycan çempionatında VIII turun son oyununun vaxtı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Yüksək Liqa çərçivəsində “Gəncə” ilə UNEC komandaları üz-üzə gələcəklər.

Gəncəlilər yanvarın 13-də hesabında xal olmayan rəqibi Tovuz Olimpiya İdman Kompleksində qəbul edəcəklər. Qarşılaşma saat 16:00-da başlayacaq.

Turun əvvəlki matçlarında “Milli Aviasiya Akademiyası” “Abşeron”a (3:0), “Murov Az Terminal” isə “Azərreyl”ə (3:2) qalib gəlib.

Qeyd edək ki, hazırda “Azərreyl” 19 xalla turnir cədvəlinə başçılıq edir. “Abşeron” 18 xalla ikinci, “Murov Az Terminal” 17 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-ci pillədədirlər. Sonuncu yerdə qərarlaşan UNEC-in hesabında xal yoxdur.

Oxşar xəbərlər

UNEC öz zalında məğlub oldu
Favoritlər qalib gəldi - Azərbaycan çempionatı
Vüqar Əliyevin yetirmələri qələbə qazandı
Çempionatda ilin ilk oyunlarının vaxtı müəyyənləşdi
“Azərreyl” rəhm etmədi - növbəti qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər