Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Olimpiya idman kompleksləri istifadəsiz qalıb?
Demək olar ki, Azərbaycanın hər bölgəsində olimpiya idman kompleksləri var. Bəs bu idman kompleksləri istifadəsiz qaldığı müddətdə hansı məqsədlə istifadə olunur?
Sportfm.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bu barədə Modern.az saytına açıqlama verib. Nazirlik rəsmisi idman komplekslərinin aid olduğu qurumları aşağıdakı kimi təsnifatlandırıb:
"Gənclər və İdman Nazirliyinin balansında olanlar və bir də bu balansa aid olmayanlar . 2005-ci ilə qədər tikilib istifadəyə verilmiş olimpiya kompleksləri Gənclər və İdman Nazirliyinin balansına aid deyil. Belə ki, həmin komplekslər müəyyən vaxtlarda, müxtəlif şirkət və ya qurumlar tərəfindən tikilib. Bu artıq onların nəzarətindədir.
2007-ci ildən sonra cənab prezidentin sərəncamı əsasında tikilən olimpiya kompleksləri isə birbaşa Gənclər və İdman Nazirliyinin nəzarətindədir. Bizim balansımızda olan komplekslərdə mütəmadi olaraq təlimlər, tədbirlər və müxtəlif yarışlar keçirilir. Qaldı ki, müxtəlif qurumların nəzarətində olan komplekslər barədə, təbii ki, biz həmin komplekslərə də diqqət ayırmağa çalışırıq. Lakin onlar artıq bizim balansımızda deyil”.
S.Məmmədovanın sözlərinə görə, gənclər mərkəzi və olimpiya komplekslərini qarışıq salmaq olmaz.
"Bunların hərəsi öz təyinatı əsasında istifadə olunur. Bu çox vacib bir məqamdır”.
Oxşar xəbərlər
Səmayə Məmmədova nazirlikdə işə başladı - Təyinat
Səmayə Məmmədova nazirlikdəki vəzifəsindən istefa verdi - RƏSMİ
Azərbaycanda 2 idman kompleksi xəstəxanaya çevrilir - Koronavirusla mübarizə üçün
Olimpiya komplekslərində məşqlərə icazə verildi
Azərbaycanda İdman Jurnalistləri Federasiyası yaradılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası