Olimpiya komplekslərində məşqlərə icazə verildi
Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada idman tədbirlərinin keçirilməsinə verdiyi icazə ilə bağlı açıqlama yayıb.
Nazirliyin Mətbuat xidmətinin verdiyi məlumata görə, açıqlamada bildirilir:
"Gənclər və İdman Nazirliyinin balansında olan Olimpiya komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsinə verilir;
Federasiyaların nazirliyə sifarişləri nəzərə alınaraq, Operativ Qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyaların nazirliyə gündəlik hesabatlar vermələri şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya komplekslərində məşqlərinə icazə verilir;
İdmançıların regionlardakı Olimpiya komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydaları (ezamiyyə icazəsi) əsasında aparılacaq". (report)
Oxşar xəbərlər
Azərbaycanda idman tədbirləri ilə bağlı məhdudiyyətlərə son - Qərar
Üç idman növü üzrə məşqlərə icazə verildi - AÇIQLAMA
"Zalların açılması nazirliyin icazəsi ilə deyil" - Fərid Mansurov
Açıq havada idman yarışları keçirilə bilər - Operativ Qərargah
Azərbaycanda idman yarışlarına icazə verildi - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı














Misli Premyer Liqası