Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamızın daha bir üzvü "Qəbələ" ilə müqavilə imzaladı
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Zirə"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Sportfm.az bildirir ki, bu barədə apasport.az saytına klubun baş məşqçisi Ayxan Abbasov məlumat verib.
O bildirib ki, komandanın kapitanı Elvin Məmmədovla yolları ayırıblar. Buna səbəb tərəflərin maliyyə cəhətdən ortaq məxrəcə gələ bilməmələri olub.
Bununla da Elvin Məmmədov yay fasiləsində "Zirə"ni tərk edən 5-ci oyunçu olub. Ona qədər Migel Lorenzo, Tural Cəlilov, Nurlan Novruzov və Yamin Ağakərimzadə yola salınmışdı.
Milli komandamızın üzvünün klubsuz günləri çox çəkməyib. "Qəbələ" və "Neftçi"nin maraq dairəsində olan 29 yaşlı yarımmüdafiəçi seçimini birincilərin xeyrinə edib. Belə ki, hazırda yığmanın düşərgəsində Avstriya toplanışında olan Məmmədov "Qəbələ" ilə ilkin razılığa gəlib. O, Azərbaycana qayıdan kimi, "qırmızı-qaralar"la münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, Elvin Məmmədov "Zirə"yə ötən ilin yanvarında keçib.
Oxşar xəbərlər
Elvin Məmmədov "Sumqayıt"da - Transfer
Elvin Məmmədov özünə klub tapdı
“Neftçi” Elvin Məmmədovu heyətinə qatacaq
"Qəbələ" iki yerli futbolçu ilə gücləndi
Migel Lorenso Azərbaycanı tərk etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası