reklam
UEFA ortalıqda qalıb -
Sportfm.az xəbər saytı

UEFA ortalıqda qalıb -Avropa Məhkəməsinə müraciət edib


UEFA Avropa Super Liqasına görə Avropa Məhkəməsinə müraciət edib.
Sportfm.az xəbər verir ki, məhkəməyə müraciət Avropa Super Liqasının işi ilə bağlı məhkəmənin yaydığı press-relizlə əlaqədardır. Sənədddə məhkəmədən press-relizdəki bəzi sözlərin dəyişdirilməsi xahiş olunub.

UEFA press-relizdə düzəlişlər edilməsini istəyib. Çünki təşkilatın fikrincə, bu, Super Liqa tərəfdarlarına həmin press-relizi öz qələbələri kimi şərh etməyə imkan verir.

Dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən hərəkətlərini qanunsuz elan edib. Qeyd edilib ki, təşkilatların Avropada klub yarışlarında monopoliyası yoxdur və Avropa qanunlarına əsasən, Super Liqa rəsmi olaraq yaradıla bilər.

2021-ci ilin mayında Super Liqa UEFA və FİFA-nı rəqabət qanunlarını pozmaqda ittiham edib. Həmin ilin aprelində Avropanın 12 klubu Super Liqanın yaradıldığını elan edib. Bura İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko”, “Barselona”, “Real” klubları, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.

Oxşar xəbərlər

Avropa Super Liqası adını dəyişəcək
Avropa İttifaqının üzvləri bəyanat imzaladı - Superliqaya qarşı
Avropa super klubları üçün 15 milyard avro
Super Liqa barədə qərar qəbul edildi
"Super Liqa layihəsinin ləğvi ilin ən böyük zəfərdir" - Aleksander Çeferin

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər