reklam
Super Liqa barədə qərar qəbul edildi
Sportfm.az xəbər saytı

Super Liqa barədə qərar qəbul edildi


Avropa Məhkəməsi FİFA və UEFA-nın 2021-ci ildə Avropa Super Liqasının yaradılmasını qadağan edən hərəkətlərini qanunsuz elan edib.
Sportfm.az xəbər verir ki, təşkilatların Avropada klub yarışlarında monopoliyası yoxdur: Super Liqa indi Avropa qanunlarına uyğun olaraq, rəsmi qaydada yaradıla bilər.

2021-ci ilin mayında Super Liqa UEFA və FİFA-nı rəqabət qanunlarını pozmaqda ittiham etmişdi. Həmin ilin aprelində Avropanın 12 klubu Super Liqanın yaradıldığını elan etmişdi. Bura İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko”, “Barselona”, “Real”, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.

Sonradan tənqidlər fonunda 9 klub “Barselona” və “Real”ın maraqlı olduğu layihədə iştirakdan imtina edib. Beləliklə, yeni qərara əsasən, İspaniya komandaları Çempionlar Liqası, Avropa turnirləri və ya FİFA yarışlarından kənarda qala bilməz.

Oxşar xəbərlər

Avropa Super Liqası adını dəyişəcək
Avropa İttifaqının üzvləri bəyanat imzaladı - Superliqaya qarşı
UEFA ortalıqda qalıb - Avropa Məhkəməsinə müraciət edib
Avropa super klubları üçün 15 milyard avro
"Super Liqa layihəsinin ləğvi ilin ən böyük zəfərdir" - Aleksander Çeferin

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər