

"Super Liqa layihəsinin ləğvi ilin ən böyük zəfərdir" -Aleksander Çeferin
UEFA-nın prezidenti Aleksander Çeferin açıqlama verib.
Sportfm.az xəbər verir ki, qurumun mətbuat xidmətinə danışan sloveniyalı funksioner, 2021-ci ilin əsas qələbəsinin Avropa Super Liqası layihəsinin ləğvi olduğunu deyib:
“Super Liqa layihəsinin ləğv edilməsi ilin ən böyük zəfəri idi. Bu məsələdə UEFA-nı dəstəkləyən hər bir kəsə təşəkkür edirəm. Bu, bizim uğurlarımızın davamının gələcəyinə zəmanət verir”.
Aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.
Oxşar xəbərlər
Superliqanın yeni formatı açıqlandı
“Real”, “Barselona” və “Yuventus”un planı - Avropa Liqası
UEFA sanksiyaları ləğv etdi - “Real”, “Barselona” və “Yuventus” cəzalanmayacaq
UEFA Avropa nəhənglərinə uduzdu - Sanksiyalar ləğv edildi
Avropa nəhənglərinə intizam işi açıldı - Superliqadan geri çəkilmirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin