reklam
Yığmanın üzvü Liqa 1 klubunda
Sportfm.az xəbər saytı

Yığmanın üzvü Liqa 1 klubunda


Fransanın “Reyms” klubu heyətini yeni futbolçularla gücləndirib.
Sportfm.az xəbər verir ki, Liqa 1 təmsilçisi Belçikanın “Yunion” klubundan yarımmüdafiəçi Teddi Teumanı transfer edib.

Malta millisinin 29 yaşlı üzvü ilə 4 illik müqavilə imzalanıb. Fransa klubu bu transfer üçün “Yunion”a 6 milyon avro ödəyib.

“Anje”nin hücumçusu Amin Salama da “Reyms”ə transfer edilib. 22 yaşlı fransız forvardla da 4 illik müqavilə imzalanıb. Onun transferi yeni klubuna 4 milyon avroya başa gəlib.

Liqa 1 təmsilçisi Avstriyanın “Zalsburq” klubunun hücumçusu Umar Diakiteni də transfer edib. Klub bu keçid üçün 2,5 milyon avro ödəyib.

“Reyms”in daha bir yeni transferi Lüdovik Bütteldir. “Red Star”dan azad agent kimi ayrılmış 40 yaşlı qapıçı ilə 1 mövsümlük müqavilə imzalanıb.

Oxşar xəbərlər

“Qalatasaray”da daha iki transfer
Premyer Liqa klubu tarixinin ən bahalı transferini reallaşdırdı
"Yuventus" B seriyasından futbolçu aldı
Türkiyə millisinin üzvü “Volfsburq”da
“Atletiko”dan yeni transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər