reklam
Yığmamız ikinci oyunda da məğlub oldu -
Sportfm.az xəbər saytı

Yığmamız ikinci oyunda da məğlub oldu -EEVZA


18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda ikinci matçında ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (7:25, 17:25, 18:25). Komanda ilk görüşdə Polşaya da eyni hesabla uduzmuşdu.

Azərbaycan millisi dekabrın 7-də Latviya, 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.

Oxşar xəbərlər

Yığmamız sonuncu oyunda da məğlub oldu
Azərbaycan millisi ikinci oyunda da uduzdu
İlk oyundaca məğlub olduq
Yığmamızdan ardıcıl 4-cü məğlubiyyət
Azərbaycan millisi məğlub oldu - EEVZA çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər