reklam
Azərbaycan millisi ikinci oyunda da uduzdu
Sportfm.az xəbər saytı

Azərbaycan millisi ikinci oyunda da uduzdu


20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Latviya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 0:3 (11:25, 9:25, 20:25). Millimiz ilk matçında Estoniyaya eyni hesabla uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa ilə də görüşəcək.

Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Oxşar xəbərlər

Azərbaycan millisi bu gün üçüncü oyuna çıxır - EEVZA
Millimiz ikinci oyununa çıxacaq - EEVZA
İlk oyundaca məğlub olduq
Azərbaycanın millisi Polşaya uduzdu - EEVZA çempionatı
Millimiz Litvaya qarşı - EEVZA çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər