reklam
Olimpiada üçün büdcə 2 milyard dollara çatdı
Sportfm.az xəbər saytı

Olimpiada üçün büdcə 2 milyard dollara çatdı


Olimpiada üçün büdcə 2 milyard dollara çatdı
Sportfm.az xəbər verir ki, 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarının büdcəsi 1,97 milyard dolları aşacaq. Bu barədə "Pxençan-2018”in təşkilat komitəsinin rəhbəri Li Xi Bom bildirib. Onun sözlərinə görə, büdcədəki düzəlişə səbəb ölkə rəhbərliyində baş verən dəyişiklikdir: "Bir müddət əvvəl ölkə rəhbərliyi dəyişib. Ona görə, yaxın vaxtlarda Olimpiya Oyunlarının büdcəsinə düzəlişlər müzakirə olunacaq. Hazırkı büdəc 2,2 trilyon Cənubi Koreya vonudur (1,97 milyard dollar). Lakin bu rəqəm dəyişəcək. Çünki xərclər artır”.
Qeyd edək ki, mayın 10-da Cənubi Koreyanın yeni prezidenti vəzifəsinə Mun Çje İn seçilib. 2018-ci il Qış Olimpiya Oyunları 9 – 25 fevralda keçiriləcək. 

Oxşar xəbərlər

Tokio-2020 xərcləri açıqlandı - 15,4 milyard
Beynəlxaq Olimpiya Komitəsi gəlirini açıqladı
DÇ-2018-in gəliri açıqlandı
Qış Paralimpiya Oyunlarına nə qədər pul xərclənib?
Tokio olimpiada xərclərini azaldır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər