reklam
Superturnirin iştirakçıları müəyyənləşdi
Sportfm.az xəbər saytı

Superturnirin iştirakçıları müəyyənləşdi


"Vüqar Həşimov Memorial-2023" superturnirinin iştirakçıları müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu barədə memorialın direktoru Anar Allahverdiyev mətbuat konfransında məlumat verib.

O yerli şahmatçılardan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov və Aydın Süleymanlının turnirə qatılacağını bildirib.

A.Allahverdiyev yarışda Santoş Vidit (Hindistan), Rixard Rapport (Rumıniya), Yan-Kşiştof Duda (Polşa), Yorden van Forest (Niderland) və Boris Qelfand (İsrail) kimi əcnəbi şahmatçıların da iştirak edəcəyini söyləyib.

Qeyd edək ki, turnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 7-11-i aralığında Qəbələdə təşkil olunacaq.

Oxşar xəbərlər

“Vüqar Həşimov Memorial-2023”-ün qalibi bilindi - Vidit Santoş Qujrati
“Vüqar Həşimov Memorial-2023” superturnirinin proqramı açıqlandı
Qəbələdə superturnir olacaq
“Vüqar Həşimov Memorial-2023” Qəbələdə keçiriləcək
Bütün iştirakçılar məlum oldu - Vüqar Həşimov Memorialı-2022

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər