reklam
Qəbələdə superturnir olacaq
Sportfm.az xəbər saytı

Qəbələdə superturnir olacaq


7-11 dekabr tarixlərində görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Vüqar Həşimov Memorial-2023” superturniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, 10 şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq.

Sayca 9-cu Vüqar Həşimov Memorialına ilk dəfə Qəbələ ev sahibliyi edəcək. Superturnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığıyla baş tutacaq.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu il), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci il), ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci il), özbəkistanlı Nodirbek Abdusattorov (2022-ci il) isə bir dəfə turnirin qalibi olublar.

Oxşar xəbərlər

Bu gün mərhum şahmatçımız Vüqar Həşimovun anım günüdür
“Vüqar Həşimov Memorial-2023” Qəbələdə keçiriləcək
“Vüqar Həşimov Memorialı-2022”yə start verildi
Vüqar Həşimovun xatirə turniri baş tutacaq - dekabrda
Vüqar Həşimovun xatirə turniri bərpa olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər