Bütün iştirakçılar məlum oldu -Vüqar Həşimov Memorialı-2022
“Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirinin bütün iştirakçıları məlum olub.
Sportfm.az xəbər verir ki, son olaraq Abdulla Qədimbəyli, çinli Van Hao, İspaniya təmsilçisi Valeho Pons, ABŞ idmançısı Semuel Şenklend də yarışda iştiraklarını təsdiqləyiblər.
Öncədən Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Rumıniya təmsilçisi Riçard Rapport, hindistanlı Qukeş Dommaracu və özbəkistanlı Nodirbek Abdusattorovun da turnirə qatılacağı bildirilib.
“Vüqar Həşimov Memorialı-2022″də 7 ölkə – Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı mübarizə aparacaq.
Memorial rapid və blits üzrə təşkil ediləcək. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17-24 dekabrda keçiriləcək.
Oxşar xəbərlər
Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında
Şəhriyar ilk qələbəsini qazandı - Vüqar Həşimov Memorialı-2022
Məmmədyarov Azərbaycan təmsilçiləri ilə qarşılaşacaq - Vüqar Həşimov Memorialı-2022
“Vüqar Həşimov Memorialı-2022”yə start verildi
Daha 2 iştirakçı məlum oldu - “Vüqar Həşimov Memorialı-2022” turniri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
31-ci turun təyinatları açıqlandı - Premyer Liqa
-
"Şimal" yenə məğlub olmadı, "Şəfa" çempionluğu rəsmiləşdirə bilmədi - Birinci Liqa
-
Millimiz Litvaya uduzdu
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası













Misli Premyer Liqası