Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yeni mövsüm başladı -Yüksək Liqa
Bu gün voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2023/2024 mövsümünə start verilib.
Sportfm.az xəbər verir ki, Bakı İdman Sarayında Yüksək Liqaların təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə AVF rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev və digər qonaqlar iştirak ediblər.
Tədbir çempionatda mübarizə aparacaq bütün komandaların paradı ilə başlayıb. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk qarşılaşma sabah baş tutub. Rəsmi açılış mərasimindən sonra ötən mövsümün çempionu “Azərreyl” və kubokun sahibi “Abşeron” üz-üzə gəliblər. Oyun “Azərreyl”in 1:3 (25:27, 25:23, 16:25, 20:25) hesablı məğlubiyyəti ilə başa çatıb.

Oxşar xəbərlər
Təxirə salınan oyunların vaxtı bilindi - Azərbaycan çempionatı
Azərbaycan və Türkiyə Federasiyaları arasında Memorandum imzalandı
I turun oyunları təxirə salındı - Azərbaycan çempionatı
Azərbaycan çempionatlarında açılış mərasiminin vaxtı açıqlandı
Yeni mövsümün püşkü atıldı - Azərbaycan çempionatları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası