reklam
AFFA klubları cərimələdi -
Sportfm.az xəbər saytı

AFFA klubları cərimələdi -QƏRAR


AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda keçirilən oyunlarda baş vermiş neqativ hallara görə 3 klubu cərimələyib.
Sportfm.az xəbər verir ki, “Sumqayıt” 1800 manat ziyana düşüb.

Təcili tibbi yardım avtomobili “Qəbələ” ilə matça (0:0) təyin edilmiş vaxtdan gec gəldiyi üçün “gənclik şəhəri” təmsilçisi 1000 manat xərc çəkməli olacaq. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubun daha 800 manat cərimələnməsinə səbəb olub.

“Qarabağ”ı 2:1 hesabı ilə məğlub edən “Araz-Naxçıvan”ın 6 futbolçusunun sarı vərəqə alması klubun 700 manat cərimə ilə üzləşməsinə gətirib çıxarıb. 5 futbolçusu sarı vərəqə alan “Qarabağ” da eyni məbləğdə cərimə ödəyəcək.

Oxşar xəbərlər

“Sumqayıt” tərcüməçisinə görə cərimə olundu - QƏRAR
AFFA cərimə yağdırdı - 5 klub "tərlədi"
"Qarabağ"ın kassasından 1500 manat çıxdı
Tovuz klubu 3 qaydanı pozduöu üçün cərimələndi
“Sumqayıt” cərimə olundu - QƏRAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər