reklam
Yığmamızın rəqibinin baş məşqçisi ilə yeni müqavilə imzalandı
Sportfm.az xəbər saytı

Yığmamızın rəqibinin baş məşqçisi ilə yeni müqavilə imzalandı


Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Avstriya yığmasının baş məşqçisi Ralf Ranqniklə müqavilə uzadılıb.
Sportfm.az xəbər verir ki, yığmanın Avro-2024-ün final mərhələsinə vəsiqə qazanmasına görə almaniyalı mütəxəssisin sözləşməsi avtomatik daha 2 illik uzadılıb. 2022-ci ildə Ranqniklə imzalanan müqavilədə belə bir bənd olub.
65 yaşlı məşqçi ən azı DÇ-2026-nın sonuna qədər vəzifəsində qalacaq.

Qeyd edək ki, Avstriya millisi Azərbaycan yığmasını hər iki matçda (4:1, 1:0) məğlub edib.

Oxşar xəbərlər

Ralf Ranqnik "Bavariya"dan imtina etdi
Millinin baş məşqçisi ilə müqavilə yeniləndi
Azərbaycan millisi Belçikaya qarşı - AVRO-2024
Bu dəfə də olmadı - Millimiz Avstriyaya uduzdu
Ralf Ranqnik millinin baş məşqçisi oldu - Təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər