reklam
Ölkə çempionatı yeni formada keçiriləcək
Sportfm.az xəbər saytı

Ölkə çempionatı yeni formada keçiriləcək


Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək.

Sportfm.az xəbər verir ki, yubiley çempionatında 7-si kişi, 6-sı qadınlardan ibarət olmaqla 13 komanda mübarizə aparacaq.

Kişilərin 4 dövrədən, 20 turdan ibarət yarışı iki mərhələdə baş tutacaq. İlkin mərhələni əhatə edəcək 14 turda komandalar iki dəfə bir-biriləri ilə qarşılaşacaqlar. İkinci mərhələdə isə ilk 4 yerin sahibləri və 5-7-ci pillələrdə qərarlaşanlar dairəvi sistemlə iki dəfə üz-üzə gələcəklər.

Qadın həndbolçular da 10 turdan ibarət ilkin mərhələdə və daha 6 turu əhatə edəcək ikinci mərhələdə eyni sistemlə mübarizə aparacaqlar. Yarışın həlledici oyunlarında ilk “4-lük”də qərarlaşan komandalar və 4-6-cı yerlərin sahibləri münasibətlərinə aydınlıq gətirəcəklər.

Ölkə çempionatına noyabrın 9-da qadınlardan ibarət “Azəryol” – “Gənclər Birliyi” görüşü ilə start veriləcək. Kişilərin mübarizəsi isə noyabrın 11-də “İdman Akademiyası” – “Dinamo” matçı ilə başlayacaq.

Oxşar xəbərlər

Ölkə çempionatında bir ilk yaşanacaq
Azərbaycan çempionatlarında açılış mərasiminin vaxtı açıqlandı
Azərbaycan çempionatının təqvimi məlum oldu
Yığmamız mübarizəyə əsas mərhələdən başlayacaq - Avropa çempionatı
Ölkə çempionatında 10 komanda mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər