Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Alim Qasımov İslamiadanın açılışında azan oxuyacaq
Azərbaycanın xalq artisti, tanınmış xanəndə Alim Qasımov sabah IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edəcək.
Sportfm.az xəbər verir ki, A.Qasımov azvision.az-a deyib ki, Avropa Oyunlarından fərqli olaraq İslamiadanın açılışında muğam ifa etməyəcək.
"Sabah minarəyə çıxıb azan oxuyacağam. Əsas işim bundan ibarət olacaq. Digər yarışlardan fərqli olaraq İslam Oyunlarının açılış mərasimində muğam oxumayacağam. Adı üstündə İslam Oyunlarıdır, azan oxumaq yerinə düşər. Bu işin mənə həvalə edilməsi sevindiricidir. Mənim üçün xüsusi geyimlər tikilib. Azanı həmin geyimdə oxuyacağam. Hazırda buna hazırlaşıram” - deyə Xalq artisti vurğulayıb.
Qeyd edək ki, Alim Qasımov "Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində "Qarabağ" şikəstəsini ifa etmişdi.
Oxşar xəbərlər
Özbəkistanlı idmançı azərbaycanlı xanımla evləndi - FOTO
Azad Rəhimovun IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən sonra İLK AÇIQLAMASI
Növbəti İslam Oyunlarının harada keçiriləcəyi məlum oldu
İslam Oyunlarının açılış mərasimi belə olacaq - VİDEO
İslam Həmrəyliyi Oyunları zamanı metro kimlər üçün pulsuz olacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası