reklam
Avropa və Konfrans Liqasının ən yaxşıları -
Sportfm.az xəbər saytı

Avropa və Konfrans Liqasının ən yaxşıları -Moymir Xıtil və Benjamin Nüqren


UEFA Avropa Liqasında və Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı oyunçuları müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Avroliqada bu ada Praqa “Slaviya”sının (Çexiya) hücumçusu Moymir Xıtil layiq görülüb.

O, digər namizədlər – Matteo Rucceri (“Atalanta”, İtaliya), Andrea Belotti (“Roma”, İtaliya) və Lukas Paketanı (“Vest Hem”, İngiltərə) geridə qoyub.

Xıtil “Slaviya”nın Moldova “Şerif”ini 6 cavabsız qolla məğlub etdiyi ev oyununda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Konfrans Liqasında isə həftənin oyunçusu adına Benjamin Nüqren (“Nordsyelland”, Danimarka) layiq görülüb. O, Bolqarıstanın “Ludoqorets” komandasına 7:1 hesabıyla qalib gəldikləri matçda dubla imza atmışdı. Nüqren Vensan Abubakar (“Beşiktaş”, Türkiyə), Coşua Kinq (“Fənərbaxça”, Türkiyə), Tarik Tissudalini (“Gent”, Belçika) geridə qoyub.

Oxşar xəbərlər

Həftənin ən yaxşısı adına namizədlər - Avropa Liqası
“Fənərbaxça” qalib gəldi, “Beşiktaş” uzudu - Konfrans Liqası
Həftənin ən yaxşı oyunçusu məlumdur - Konfrans Liqası
Həftənin ən yaxşısı adına namizədlər - Avroliqa və Konfrans Liqası
Avropa Liqası və Konfrans Liqasının ən yaxşıları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər