reklam
Sadıqovun yubiley oyunu
Sportfm.az xəbər saytı

Sadıqovun yubiley oyunu


Rəşad Sadıqov Azərbaycan çempionatlarında baş məşqçi kimi 100-cü oyununu keçirib.
Sportfm.az xəbər verir ki, yalnız bir klubda çalışan 41 yaşlı mütəxəssis bu matçların hamısında “Zirə”nin “sükanı arxası”nda olub.

Onun yubileyi Misli Premyer Liqasının 8-ci turunda gerçəkləşib. “Araz-Naxçıvan”la səfər görüşündə onun yetirmələri 0:1 hesabı ilə uduzub.

2020-ci ilin yayından qəsəbə klubuna rəhbərlik edən Sadıqov 2020/21 və 2021/22 mövsümlərinin hərəsində 28, ötən çempionat 36 görüşün iştirakçısı olub. Cari mövsümün 8 qarşılaşmasını da nəzərə alsaq, mütəxəssis bu matçlarda 39 qələbə, 34 heç-heçə və 27 məğlubiyyətə şahid olub.

Qeyd edək ki, Sadıqov Azərbaycan çempionatları tarixində ən azı 100 matçda baş məşqçi olan 30-cu mütəxəssisdir.

Oxşar xəbərlər

Bombardirdən yubiley qolu
Qurbanovun Premyer Liqada 500-cü oyunu
Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu əldə etdi
"Sumqayıt"ın baş məqşçisi üçün əlamətdar tur
Rəşad Sadıqov məşqçi kimi debüt etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər