Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu əldə etdi
Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb.
Sportfm.az xəbər verir ki, 35 yaşlı müdafiəçi "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının sükanı arxasında vaxtından əvvəl çempionluq sevinci yaşayıb.
U-19 Liqasının bu gün keçirilən XXXI tur matçında Ağdam təmsilçisi "Qəbələ" ilə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksinin futbol meydanında keçirilən görüş Sadıqovun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 84-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal geridə qoyub. Sona 3 tur qaldığından, "qırmızı-qaralar" üçün bu fərqi aradan qaldırmaq mümkün olmayacaq.
Qeyd edək ki, Rəşad Sadıqov "Qarabağ"ın U-19 komandasına cari mövsümdən rəhbərlik edir.
Oxşar xəbərlər
Rəşad Sadiqov "Keşlə"yə məşqçi təyin edildi
Rəşad Sadıqov istefa verdi
Rəşad Sadıqov AFFA-dan qiymətini gözləyir
Rəşad Sadıqov məşqçi kimi debüt etdi
Rəşad Sadıqov "Qarabağ"ın baş məşqçisi oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası