Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Samir Əliyev əsas komandaya, Elman Sultanov əvəzedici heyətə
Bu gün "Səbail" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.
Sportfm.az xəbər verir ki, "Səbail" klubunun ev oyunlarını keçirdiyi və ofisinin yerləşdiyi Bayıl stadionu IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar sıx qrafiklə çalışdığı üçün iclasın AFFA-nın inzibati binasında təşkil olunması ilə əlaqədar klub tərəfindən ünvanlanmış müraciət AFFA tərəfindən müsbət cavablandırııb.
Birinci Divizionda ikinci yeri tutmaqla Premyer Liqaya vəsiqə qazanan klubun gələcək fəaliyyətinin müzakirə olunduğu iclasda baş məşqçinin də kimliyinə aydınlıq gətirilib. Bir neçə mütəxəssisin namizədliyi nəzərdən keçirilib və Müşahidə Şurası Samir Əliyevlə müqavilə bağlanması barədə qərar qəbul edib. Samir Əliyevin müqaviləsi 3 illik müddəti əhatə edir.
İclasa dəvət olunan Samir Əliyev göstərilən etimada görə minnətdarlığını bildirib, klubun uğurlu nəticələrə nail olması üçün bilik və bacarığını əsirgəməyəcəyini deyib.
Buna qədər "Səbail" FK-nın baş məşqçisi vəzifəsində çalışmış Elman Sultanovun klubun əvəzedici komandasında eyni vəzifəsini icra etməsi ilə bağlı qərar qəbul edilib.
Oxşar xəbərlər
AFFA İcraiyyə Komitəsi vacib qərarlar qəbul etdi - SİYAHI
"Səbail"dən Elman Sultanov açıqlaması
"Sumqayıt" Samir Abasovla bağlı qərarını verdi
Rövnəq Abdullayevin oğlundan yeni təyinat
"Neftçi"də iclas keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası