reklam
Toplanışda olan yığmamız Bişkekə gedir -
Sportfm.az xəbər saytı

Toplanışda olan yığmamız Bişkekə gedir -Heyət


Oktyabrın 5-9-u aralığında Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında dünya birinciliyinə qatılacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, yarışda ölkəmizi 14 idmançı təmsil edəcək.

Yeniyetmələr arasında Ziyəddin Zeynallı (53 kq), Nicat İsmayılov (58 kq), Nicat Rəhimov (64 kq), Nicat Sultanov (71 kq), Sülhan Süleymanlı (79 kq), Hüseyn Hüseynli (88 kq) və Hacıbaba İmaməliyev (+98 kq) mübarizə aparacaq. Gənclər kateqoriyasında isə Sahib Babayev (58 kq), İlkin Şahgəldiyev (64 kq), Ricad Nadirov (71 kq), Səməd Şıxıyev (79 kq), Sadiq Zeynallı (88 kq), Rəsul Aydəmirov (98 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) gücünü sınayacaq.

Qeyd edək ki, samboçular hazırda Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Hazırlıq prosesi sentyabrın 30-dək davam edəcək.

Oxşar xəbərlər

Ölkəmizi Avropa çempionatlarında 22 idmançı təmsil edəcək - SİYAHI
Samboçularımız 5 medal qazandı - Dünya birinciliyi
Samboçularımız dünya birinciliyində iştirak edəcəklər - SİYAHI
Sambo üzrə açıq Bakı birinciliyinə yekun vuruldu - FOTO
Sambo üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər