Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Parataekvondoçularımız Meksikada iki medal qazandı
Azərbaycan parataekvondoçuları Meksikanın Verakrus ştatında keçirilmiş qran-pridə iki medal qazanıblar.
Sportfm.az xəbər verir ki, baş məşqçi Fərid Tağızadənin yetirmələrindən İmaməddin Xəlilov (70 kq, K-44) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.
Yığmanın hesabına digər mükafatı Əbülfəz Abuzərli (80 kq, K-44) yazdırıb. O, bürünc medala yiyələnib.
Yığma eyni məkanda dünya çempionatına da qatılacaq. Mundial sentyabrın 21-24-də baş tutacaq. Yarışda qran-pridə mükafat qazanan idmançılarla yanaşı, Sabir Zeynalov (58 kq, K-44) da qüvvəsini sınayacaq.

Oxşar xəbərlər
Elcan Hacıyev qran-pridə “bürünc” qazandı
Daha bir cüdoçumuz Qran-pridə medal qazandı
Azərbaycan idmançısı qran-prinin qalibi oldu
Azərbaycan taekvondoçuları Qran-pridə iştirak edəcəklər
Daha bir parataekvondoçumuzdan medal
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası