reklam
Azərbaycan Premyer Liqasında yeni rekordlar
Sportfm.az xəbər saytı

Azərbaycan Premyer Liqasında yeni rekordlar


Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün yeni rekordları qeydə alınıb.
Sportfm.az xəbər verir ki, VIII turun “Turan Tovuz” – “Neftçi” oyunu mövsümün ən çox tamaşaçı toplayan matçı olub.

Tovuz şəhər stadionunda gerçəkləşən və “Neftçi”nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanı 5000 azarkeş tribunalardan izləyib. “Turan Tovuz”un əvvəlki ev matçlarında müvafiq olaraq 4300 və 4000 fanat olub.

Buna qədər mövsümün rekordu VI turun “Qarabağ” – “Sabah” qarşılaşmasında qeydə alınmışdı. Ağdam təmsilçisinin 2:0 hesabı ilə qələbə qazandığı, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən görüşü 4500 nəfər izləyib.

VIII turda qapılara ümumilikdə 12 qol vurulub ki, cəmi 3-ü yerli futbolçuların hesabındadır. Belədə mövsümün ən az yerli qol sayı qeydə alınıb. Digər 9 qola əcnəbilər imza atıblar. Bu, legionerlərin ən çox fərqləndikləri tur olub. Buna qədər ən yüksək göstərici I və III turlarda (8 qol) olmuşdu.

Qeyd edək ki, Premyer Liqada IX turun oyunları oktyabrın 6-8-də keçiriləcək.

Oxşar xəbərlər

Mövsümün azarkeş rekordu qeydə alındı
Premyer Liqamızda 2023-cü ilin rekordu
Mövsümünün yeni rekordu - “Turan Tovuz” - “Qarabağ”
Premyer Liqada mövsümün rekordu 5000 tamaşaçı
Bu mövsümün rekordu qeydə alındı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər