reklam
Daha bir güləşçimiz lisenziya qazandı -
Sportfm.az xəbər saytı

Daha bir güləşçimiz lisenziya qazandı -Paris-2024


Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sportfm.az xəbər verir ki, o, təsnifat mərhələsində Simone Piroddu (İtaliya) üzərində inamlı qələbə qazanıb - 11:0. Daha sonra Süleyman Atlıya (Türkiyə) qalib gələn (6:0) Rzazadə yarımfinalda Vladimir Eqorovu (Şimali Makedoniya) 4:3 hesabı ilə üstələyib.

İndi Azərbaycan güləşçilərinin 4 Olimpiya lisenziyası var. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq), həmçinin yunan-Roma güləşçiləri Sənan Süleymanov (77 kq) və Xasrət Cəfərov (67 kq) bu lisenziyanı əldə edib.

Bu gün həmçinin, təsnifat mərhələsində Hacı Əliyev (65 kq) Xamzat Arsamerzoyev ilə (Fransa) güləşəcək.

Osman Nurmaqomedov (86 kq) ilk mərhələdə litvalı Domantas Pavluçenkonun müqavimətini qırmağa çalışacaq.

Turan Bayramov (74 kq) 1/8 finalda isveçrəli Tobias Portmannla qarşılaşacaq.

Georgi Meşvildişvili (125 kq) mübarizəyə 1/4 finaldan qoşulacaq. O, Abraham Konyedo (İtaliya) - Paris Karepi (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk iki gündə Azərbaycanın 4 yunan-Roma və 5 qadın güləşçisi mübarizəni dayandırıb.

Oxşar xəbərlər

Azərbaycanın Paris 2024-ə vəsiqə qazanan idmançıları - SİYAHI
Güləşçilərimizdən Olimpiadaya daha 5 lisenziya
Güləşçimiz Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı
Güləşçilərimizin ilk rəqibləri açıqlandı
Hacı Əliyev mübarizəyə başlayır - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər